Pedaqoji Şuranın İclası Keçirildi.
10.05.2025-ci il tarixində I yarımilin Pedaqoji Şura iclası keçirildi.İclasda I yarımilin yekunları müzakirə edilərək müavinlərin hesabatları dinlənildi.Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili,Riyaziyyat və İngilis dili fənnlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi.Bununla yanaşı 2024-2025-ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərin qazandığı nailiyyətlər pedaqoji heyətin nəzərinə çatdırıldı.
I yarımil üzrə təlim nəticələri,keçirilən monitorinqlər,davamiyyət göstəriciləri,valideyn iclasları,sinif təşkilat saatları və məktəb üzrə keçirilən tədbir və layihələr haqqında hesabatlar təqdim edildi.
İclas II yarımildə qarşıda duran vəzifələr və cari məsələlərin müzakirəsi ilə başa çatdı.