Şagird Şurası üzvləri ilə dəyirmi masa.

M. Rahim adına 7 nömrəli tam orta məktəbdə Şagird Şura üzvləri BMŞ ilə birlikdə “Bullinqlə mübarizə”yə dair növbəti görüş keçirdi.
Şuranın üzvləri məsuliyyətli, sosial bacarıqları inkişaf etmiş, empatiya qurmağı bacaran şagirdlərdən ibarətdir. Görüşün əsas məqsədi Şagird Şurası üzvlərinə bullinqlə mübarizə istiqamətində öhdəliklərini izah etmək və onların bu sahədə bilik və bacarıqlarını artırmaq olub.
Görüşdə Təlim-tərbiyə işləri üzrə direktor müavini Elmira İbrahimova və psixoloq Nərminə İsmayılova iştirak ediblər. Müzakirələr zamanı bullinq halları ilə mübarizədə effektiv metodlar, şagirdlərin üzərinə düşən vəzifələr, qarşılaşdıqları çətinliklərin həlli yolları və məktəbdaxili təhlükəsiz mühitin yaradılması mövzularına toxunulub.