Fövqəladə Hallar Nazirliyinin Maarifləndirmə Tədbiri Keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru Elxan Əmirxanov və inspektor Vüqar Mustafayev tərəfindən M. Rahim adına 7 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı zəruri davranış qaydaları haqqında şagirdlərə və müəllimlərə müvafiq biliklərin verilməsi olub.

Maarifləndirmə çərçivəsində fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan təbii və texnogen hadisələr, o cümlədən yanğınların və zəlzələlərin başvermə səbəbləri və bu zaman görüləcək təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, FHN-in “112” qaynar telefon xəttinin əhəmiyyəti izah olunub, sularda təhlükəsizlik qaydaları diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi