M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya” və “Övladlarımızı informasiya təhlükəsindən qoruyaq” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə DİN-in Veteranlar Şurası sədrinin müavini Ramiz Axundov, Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, sabiq polis polkovniki Emin Məmmədov, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və polis mayoru Allahyar Allahyarlı iştirak ediblər.
Tədbir zamanı şagirdlərə narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, eləcə də informasiya təhlükəsizliyi və onun əhəmiyyəti barədə geniş məlumat verilib.