M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Cerebry layihəsi çərçivəsində IX-X siniflərdə Azərbaycan dili fənni üzrə mərkəzləşdirilmiş Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilmişdir.
Layihə şagirdlərin səriştəəsaslı tapşırıqları həll etmək, analitik düşünmə bacarıqlarını inkişaf etdirmək və yeni texnologiyaları tətbiq etmək məqsədilə həyata keçirilir. Qiymətləndirmə 20 sualdan ibarət olub, 90 dəqiqəlik vaxt çərçivəsində təşkil edilmişdir.