“Şagird Davranış Qaydaları”na uyğun olaraq, nümunəvi davranışı ilə fərqlənən VIII-XI sinif şagirdlərinə yaşıl kartlar təqdim olunub.
M.Rahim adına 7 nömrəli tam orta məktəbin “Şagird Davranış Qaydaları”na uyğun olaraq, nümunəvi davranışı ilə fərqlənən VIII-XI sinif şagirdlərinə yaşıl kartlar təqdim olunub. Nümunəvi davranışın qiymətləndirilməsi üç əsas meyara əsaslanıb: nizam-intizam, sosial məsuliyyətlilik, həm akademik, həm də sosial fəaliyyətlərdə fəallıq. Tədbirin başlıca məqsədi, şagirdlərin nizam-intizamlı və məsuliyyətli olmalarını, həmçinin təhsil və tərbiyə sahəsində müvəffəqiyyət əldə etmələrini stimullaşdırmaqdır.