Respublika Fənn Olimpiadaları
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, M.Rahim adına 7 nömrəli tam orta məktəbin 5 şagirdi növbəti mərhələyə vəsiqə qazanmışdır. Bu münasibətlə məktəb rəhbərliyi uğur qazanan şagirdləri təbrik edir və növbəti mərhələdə uğurlar arzulayır.
Uğurlu gələcəyin təməlini atan bütün şagirdlərimizə daim dəstəyik!