Şagird Şurasının üzvləri tərəfindən “Bullinqlə mübarizə”yə dair təşkilat saatları keçirilir.
Şagird Şurasının üzvləri tərəfindən “Bullinqlə mübarizə”yə dair təşkilat saatları keçirilir. 2024-2025-ci tədris ilində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndinə əsasən verilmiş əmrlə “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar” pilot olaraq məktəbimizdə tətbiq olunur. Qaydalara əsasən təsdiq olunmuş əmrlə Şagird Şurası yaradılıb. Şagird Şura üzvləri BMŞ ilə birlikdə dəyirmi masa ətrafında təşkilat saatında “Bullinqlə mübarizə” mövzusu üzrə müxtəlif müzakirələr aparılıb. Şagird Şurasının fəal üzvü 9a sinif şagirdi Abbas Aqil təqdimatla çıxış edib.