Bullinqlə mübarizə!

2024-2025-ci tədris ilində məktəbdə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 5.5.10-cu yarımbəndinə əsasən verilmiş əmrlə "Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar" tətbiq olunub. Bu tədbirlər çərçivəsində keçirilən iclasda şura üzvləri müxtəlif məsələləri müzakirə edib. 

İclasda,məktəbdə bullinq halları ilə əlaqədar qaynar nöqtələrin müəyyənləşdirilməsi və bu məsələyə qarşı sağlam-psixoloji mühitin yaradılması məqsədilə müvafiq addımların atılması təklif edilib. Şura üzvləri bullinqlə mübarizəni məktəbdə effektiv şəkildə həyata keçirmək üçün bir sıra təşəbbüslər irəli sürüblər. Bu mübarizənin məqsədi, məktəbdə hər hansı bir təzyiq və zorakılığa qarşı möhkəm bir duruş sərgiləmək və şagirdlər arasında daha sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi