7 saylı tam orta məktəbin informatika müəllimi İlahə Hüseynova Azərbaycan-Özbəkistan Təhsil İşçilərinin Peşə-Təcrübə proqramında müvəffəqiyyətlə iştirak edib.
Bakı şəhəri 7 saylı tam orta məktəbin informatika müəllimi İlahə Hüseynova "Edutime" Təhsil və İnkişaf Mərkəzi tərəfindən təşkil edilən Azərbaycan-Özbəkistan Təhsil İşçilərinin Peşə-Təcrübə Proqramına qatılıb. Müəllimimiz səfər çərçivəsində Daşkənd şəhərində Özbəkistan Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiyalar Universiteti, Özbəkistan Dövlət İqtisadiyyat Universiteti, Özbəkistan Dövlət Transport Universitetində təșkil edilən "Suni intellekt" və "Robot-Texnika" ilə bağlı seminarlara qatılıb və sertifikatlarla təltif edilib.
Eyni zamanda Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ziyarət edilib.
Bununla yanaşı, müəllimlərin tarixi Səmərqənd şəhərinə səfəri təşkil edilib.