M.Rahim adına 7 nömrəli məktəbin direktoru Könül Təhməzova şagirdlərlə birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında
Azərbaycanda keçirilən, bütün dünyaya səs salmış BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı böyüklərlə bərabər uşaqların da marağına səbəb olub. Məktəbin müxtəlif siniflərindən ibarət müsabiqə və olimpiada qalibləri olan bir qrup şagirdi COP-29 çərçivəsində baş tutan fəaliyyətləri yaxından izləmək üçün “Yaşıl Zona”da nümayiş olunan sərgiləri izləyib, Azərbaycana və xarici ölkələrə məxsus şirkətlərin pavilyonlarında keçirilən bir çox maarifləndirici seminarların müzakirələrinə qatılıblar.