Dərsin Təlim Nəticəsi və Qiymətləndirmə Səviyyələri.
21.11.2024-cü il tarixində M.Rahim adına 7 nömrəli tam orta məktəbin pedaqoji heyəti üçün “Dərsin Təlim Nəticəsi və Qiymətləndirmə Səviyyələri” mövzusunda onlayn təlim təşkil edildi.
Təlim Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə Nəzarət Sektorunun müdiri və Təlimə Dəstək Mərkəzinin direktor vəzifəsini icra edən Anar Mustafazadə tərəfindən keçirildi. Görüş zamanı təlim nəticələrinin düzgün müəyyənləşdirilməsi, qiymətləndirmə meyarlarının tədris prosesinə inteqrasiyası və formativ qiymətləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verildi. Həmçinin təlim nəticələrinin SMART çərçivəsində formalaşdırılması və tədris keyfiyyətinin artırılması ilə bağlı praktiki tövsiyələr paylaşıldı.
Müəllimlər mövzuyla bağlı suallarını ünvanlayaraq fikir mübadiləsi apardılar. Bu cür tədbirlərin həm peşəkar inkişaflarına, həm də məktəbdə tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğuladılar.
Təlimin təşkilinə görə Anar Mustafazadəyə və iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.