Zəfər həftəsi çərçivəsində keçirilən və məktəblilər arasında böyük maraqla qarşılanan ‘Zəfər’ estafet yarışı.
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər həftəsi çərçivəsində keçirilən və məktəblilər arasında böyük maraqla qarşılanan ‘Zəfər’ estafet yarışı uğurla baş tutdu. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, Olimpiya mükafatçısı, Dünya və Avropa çempionu, şöhrət ordenli Rəsul Çunayev, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, OCEP layihəsinin ekspert qrupunun sədri, qabaqcıl təhsil işçisi Namiq Cəfərov, müəllim və şagird heyəti iştirak etdilər.
M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri Zəfər Gününə həsr edilmiş “Şən Startlar” yarışında fəal iştirak edərək üçüncü yeri qazandılar!