“Dibçək güllərinin əkilməsi” mövzusunda sinif təşkilat saatı.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər planının icrası çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, yaşıl enerji növlərinin təşviqi məqsədilə oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinin keçirilməsi nəzərdə tutulub.
Bu layihə çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbin biologiya müəllimi Əsədova Mehriban 5a sinfində “Dibçək güllərinin əkilməsi” mövzusunda sinif təşkilat saatı keçirmişdir.