“Ekologiya aylığı” çərçivəsinə “Dibçək güllərinin əkilməsi” mövzusunda sinif təşkilat saatı.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər planının icrası, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasında 2024- cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq ibtidai sinif müəllimi Elvira İsgəndərovanın təşkilatçılığı ilə “Ekologiya aylığı” çərçivəsinə “Dibçək güllərinin əkilməsi” mövzusunda sinif təşkilat saatı keçirilib. Şagirdlər otaq bitkilərinə qulluq və onların necə becərilməsini nümayiş etdirdilər.