M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdi Aymar Babayev 7-10 oktyabr tarixlərində Meksikanın Keretaro ştatında keçirilən BMT-nin Ümumdünya Məskunlaşma Günündə Azərbaycanı təmsil edib.
M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdi Aymar Babayev 7-10 oktyabr tarixlərində Meksikanın Keretaro ştatında keçirilən BMT-nin Ümumdünya Məskunlaşma Günündə Azərbaycanı təmsil edib.
BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən təşkil olunan konfransın mövzusu “Gənclər və Gənclər üçün Dayanıqlı Urbanizasiya” olub.
Aymar Babayev 10 oktyabr tarixində keçirilən Dünya Gənclər Panel Sammitində çıxış edərək ən gənc spiker kimi tanınıb. Aymar gənclərlə ünsiyyət quraraq onlarla birlikdə şəhər gəzintisinə qatılıb. Həmçinin, Aymar Meksikada keçiriləcək COP29-da iştirak edəcək gənc nümayəndələrlə görüşüb.
Aymar Babayev, Azərbaycanın Meksikadakı səfiri cənab Məmməd Talıbovla tanış olub.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə bu tədbirə ev sahibliyi edib.