“Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir.
Narkomaniyaya qarşı təbliğat və maarifləndirmə məqsədilə “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.
M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Səbail Rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı mübarizə işlərinin aparılması məqsədilə şagirdlərlə görüş keçirildi. Səbail Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Nəriman Bayramov,Narkobiznesin rəisi Elnur Orucov,Şəxsi heyyətlə iş üzrə köməkçi Fəxrəddin Babayev,inspektor Fərid Əsgərov şagirdlərə geniş məlumat verərək, onları maraqlandıran sualları cavablandırdı.