Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 7 nömrəli tam orta məktəbin şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 7 nömrəli tam orta məktəbin şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Tədbirin məqsədi məktəblilərin asudə vaxtını səmərəli keçirməsi, onların dünyagörüşünün genişləndirilməsi, xalqımızın tarixi və mədəni irsi haqqında biliklərinin artırılmasıdır.

Ekskursiya zamanı bələdçilər şagirdlərə muzeyin ekspozisiyasını və Azərbaycanın keçmişini əks etdirən eksponatları təqdim ediblər. Vətən müharibəsinə həsr edilən ekspozisiyadakı sənədlər, şəhidlərin şəxsi əşyaları və hərbi atributlar nümayiş etdirilib. Eyni zamanda, “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının müzakirəsi keçirilib. Məktəblilər muzeydən xoş təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi