Səbail Rayon İcra Hakimiyyətində 2024/2025-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətində 2024/2025-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİH-in məsul əməkdaşları, ümumtəhsil məktəblərinin şagirdləri və valideynlər iştirak etmişlər. Çıxış edən Kəmalə Həşimova uğur qazanmış gəncləri təbrik edərək, təhsilin inkişafına yönəlmiş dövlət qayğısından söz açmışdır.
Tədbirdə iştirak edən 7 nömrəli tam orta məktəbin məzunu Aysu Allahverdiyeva da yüksək bal toplayanlar sırasında idi. O, təhsilin inkişafına göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Sonda yüksək bal toplamış məzunlar Fəxri Fərmanla təltif olunmuş, xatirə şəkli çəkdirilmişdir.