7 nömrəli tam orta məktəbdə keçirilmiş “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa
7 nömrəli tam orta məktəbdə keçirilmiş “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masada müxtəlif sahələrdən ekspertlər iştirak ediblər. Tədbirə qatılanlar arasında məktəbin, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Elmira İbrahimova, Dövlət İdarəçilik Akademiyası Debat Klubunun sədri Əli Səlimov, Klubun sədr müavini Günəş Qasımova və Kiçik Layihə Mütəxəssisi Elnur Nuruzadə yer alıblar. Onlar Azərbaycanın COP29 çərçivəsində oynadığı rolun əhəmiyyəti, qlobal şimal və cənub arasında əməkdaşlığın inkişafı və iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin mövqeyi barədə müzakirələr aparıblar.
Tədbir, şagirdlər arasında ekoloji problemlərə dair məlumatlılığın artırılmasına və bu sahədə ortaq həll yollarının araşdırılmasına yönəlmişdir.