Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Bakı şəhəri M.Rahim adına 7 saylı tam orta məktəbin tərəfdaşlığı ilə iyunun 12-də “Açıq dərs – açıq fikir” layihəsi çərçivəsində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş bili

Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Bakı şəhəri M.Rahim adına 7 saylı tam orta məktəbin tərəfdaşlığı ilə iyunun 12-də “Açıq dərs – açıq fikir” layihəsi çərçivəsində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş bilik yarışması keçirilib.

Ümummilli lider Heydər Əliyev, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru Könül Təhməzova tədbiri açıq elan edib.

8-ci sinif şagirdləri arasında Misirzadə Yeganə müəllimənin aparacılığı ilə keçirilən bilik yarışmasının münsifləri AMEA-nın Tarix və Etnologiya İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Natiq Məmmədzadə, Mübariz Ağalarlı, elmi işçi Lamiyə Sultanova və Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova olub.

1-ci yerə layiq görülən Əli Hüseynzadəyə Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tərəfindən diplom və hədiyyə təqdim edilib.

Sonda məktəb şagirdlərinin ifasında “Azərbaycan” (Bəstəkar– E.Sabitoğlu) və “Çırpınırdın, Qara dəniz” (Ə.Cavad, Ü.Hacıbəyli) mahnıları səsləndirilib.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi