✨ Son zəng! ✨
✨ Son zəng! ✨
Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Təhməzova məzunları təbrik edib və 2023-2024-ci tədris ilində əldə olunan nəaliyyətlərdən və uğurlardan danışıb.
Tədbirdə, Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Həşimova Kəmalə, Ümumi təhsilin təşkili sektoru Böyük məsləhətçi İlahə Məmmədova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov iştirak edib.
Tədbir məktəb məzunlarının hazırladığı maraqlı çıxışlarla başa çatıb.
Əziz məzunlar, hər birinizə bol şans və uğurlar diləyirik. Gələcəyiniz parlaq və uğurlarla dolu olsun!