İyunun 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkil etdiyi “Liderlik Akademiyası”nın iştirakçıları ilə görüşüb.

İyunun 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkil etdiyi “Liderlik Akademiyası”nın iştirakçıları ilə görüşüb.
Gəncləri Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edən Adil Əliyev ali qanunvericilik orqanının fəaliyyəti barədə geniş məlumat verib.
Prezident İlham Əliyevin bu il fevralın 7-də xalqımızın yekdil iradəsi ilə yenidən Prezident vəzifəsinə seçildiyini vurğulayan Milli Məclis sədrinin müavini cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində siyasi xəttimizin əsas cizgilərinin müəyyənləşdirdiyini qeyd edib.
Adil Əliyev Azərbaycanın 44 günlük Vətən Müharibəsində gənclərimizin göstərdiyi şücaətdən bəhs edərək, əldə edilən tarixi Zəfərin bir daha Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirdiyini, Vətən sevgisi ilə yetişən gənclərin torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduğunu vurğulayıb.
Görüşdə çıxış edən “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili “Liderlik Akademiyası” haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda məktəb direktorları diplomlarla təltif olunub, tələbələrə sertifikatlar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi