Azərbaycan Dövlət Pedaqoji Universiteti, M.Rahim adına 7 nömrəli tam orta məktəb və Bakı şəhər 12 nömrəli Xüsusi İnternat Məktəbinin birgə əməkdaşlığı.

Elm və təhsilin vəhdəti.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, M.Rahim adına 7 nömrəli tam orta məktəb və Bakı şəhər 12 nömrəli Xüsusi İnternat Məktəbinin birgə əməkdaşlığı.

Kimya üzrə kiçik akademiyanın üzvləri olan şagirdlərimizin təcrübələri.

ADPU Kimya və biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının təcrübəçi tələbələri Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Yaşıl dünya naminə həmrəylik çərçivəsində “Zamanın izləri: yaşıl kimyanın zəfəri” adlı Kimya gecəsi keçirmişlər. Gecədə Dayanıqlı inkişafın 17 qlobal məqsədlərindən doğan qlobal problemlər təcrübəçilərin və məktəb şagirdlərinin dilindən video resurslarla, şer, təqdimatlar, TedX və səhnəciklər nümayiş etdirildi. Tədbirdə ilk dəfə olaraq Ümumi təhsilin Dövlət Standartlarına uyğun məktəblərarası inklüziv əlaqələr yaradıldı. Belə ki, Bakı şəhər 12 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdləri və müəllim kollektivi də iştirak etdi. XİM- nin şagirdləri və müəllim Günay Məlikova maraqlı səhnəcik nümayiş etdirməklə öz töfələrini vermişdilər. Tədbirdə ADPU Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, Ümumi kimya və KTT kafedrasının müdiri dos. Kəmalə İskəndərova və fakültənin dosent- müəllim heyəti də iştirak etmiş, öz məmnunluq hislərini, arzu və diləklərini şagird və tələbələrə bildirmişdirlər. Məktəbin direktoru, öz qayğısını və diqqətini şagird və tələbələrdən əsirgəməyən Könül Təhməzova da çıxış sözü ilə tələbələrə uğurlar arzulamış, gecənin keçirilməsində əməyi olan hər kəsə, təcrübə rəhbəri Rumiyyə Camalovaya və məktəbin kimya müəllimi Şəfiqə Cəfərovaya təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi