Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva ilə şagirdlər arasında görüş.
Səbail rayonu M.Rahim adına 7 nömrəli orta məktəbdə “Ocep layihəsi” çərçivəsində Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva ilə şagirdlər arasında görüş keçirilib.
Məktəbin direktoru K.Təhməzova, Ocep lahiyəsi çərçivəsində görülən işlərlə bağlı çıxış edərək, lahiyə əsasında ətraflı məlumat verdikdən sonra sözü Niderland Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü Mayisə Ağamirzəyevaya verib.
Görüşdə Mayisə Ağamirzəyeva əvvəlcə Niderland və Azərbaycan əlaqələri, Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətindən bəhs edib.
Daha sonra Vətən Müharibəsi zamanı Avropadakı azərbaycanlıların fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.
Sonda “Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyi” tərəfindən məktəbin direktoru Könül Təhməzova “Niderland təhsil sistemi ilə sıx əməkdaşlığına görə” təltif edilib.