Məktəbimizin psixoloqu Abdullayeva Küşvər 18-19 may tarixində keçiriləcək 4 və 6-cı siniflərin monitorinqi üçün şagirdlərlə profilaktik tədbir keçirib.

Məktəbimizin psixoloqu Abdullayeva Küşvər 18-19 may tarixində keçiriləcək 4 və 6-cı siniflərin monitorinqi üçün profilaktik tədbir olaraq şagirdlər ilə imtahan həyəcanının idarə olunması mövzusunda maarifləndirici söhbət keçirib. Psixoloq şagirdlərlə söhbətdə bildirib ki, imtahan qabağı həyəcan, stress, yorğunluq, ruh düşkünlüyü, emosional gərginlik çoxlarının üzləşdiyi bir haldır. Həyəcan məsuliyyətli anlarda diqqətimizin artması üçün bədənimizin göstərdiyi sağlam reaksiyadır. Odur ki, biz həyəcanımızı aradan qaldırmağa yox onu necə idarə etməyi öyrənməliyik. Bu istiqamətdə psixoloq “həyacanımızı necə idarə edə bilərik, imtahan vaxtı nələrə diqqət etməliyik” haqqında öz tövsiyələrini verib. Sonda psixoloq şagirdlərin suallarını cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi