7 nömrəli məktəbin şagirdləri, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
02.05.2024-cü il tarixində Səbail rayonu M.Rahim adına 7 nömrəli məktəbin şagirdləri, 3 nömrəli uşaq- gənclər inkişaf mərkəzinin “Multielm” dərnəyinin müəllimi @gunel_isakova ‘nın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
İlk öncə şagirdlər institutun “Heydər Əliyev Guşəsi” qarşısında ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edib və xatirə şəkli çəkdirdilər.
Sonra İnstitut rəhbərliyi institutun akt zalında şagirdlərlə görüş keçirib. Görüşdə qonaqları salamlayan institutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, Azərbaycan bu ilin 11-24 noyabr tarixlərində COP29 (Conference of the Parties) adlı möhtəbər tədbirə ev sahibliyi edəcək.Ə.Sucayev İnstitut alimlərinin neftlə çirklənmiş ərazilərin təmizlənməsi, işlənmiş yağların regenerasiya texnologiyaların yaradılması, Bakı Neft Emalı Zavodu tərəfindən Balaxanıda böyük ərazilərə atılmış turş qudrunun emalı üçün yaradılan əlavələrlə bağlı həyata keçirdiyi elmi tədqiqatların əsas nəticələri haqqında ətraflı məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıb.
Şagirdlər İnstitutun laboratoriyalarına baş çəkib və müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış olublar, bəzi elmi təcrübələri izləyiblər.