M.Rahim adına 7 saylı tam orta məktəbdə İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri, dosent Mustafa Aydınla görüş keçirilib.

Səbail rayonu M.Rahim adına 7 saylı tam orta məktəbdə İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri, dosent Mustafa Aydınla görüş keçirilib.
Görüşdə məktəbin müəllim heyəti, praktika keçən təcrübəçi tələbələr və media nümayəndələri iştirak edib.
Tədbiri, 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova iştirakçıları salamlayaraq, Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq prinsipə əsaslandığını xatırladıb.
Daha sonra məktəbin 4-d sinif şagirdi Dəniz Quliyeva və 7-ç sinif şagirdi Musa Murad tərəfindən milli rəqs nümunələri və musiqi səsləndirilib.
Görüşdə çıxış edən dosent Mustafa Aydın təhsil sisteminin inkişaf etdirilməsi ilə bağlı öz təcrübələrini dinləyicilərlə bölüşüb.
“Şəxsi inkişaf, yeni texnologiyalar ilə təhsilin gələcək inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən təhsilə qayğı hər zaman yüksək səviyyədə olmalıdır”, – deyə o bildirib.
Təhsildə ən prioritet istiqamətlərimizdən biri də təhsilverənlərin davamlı inkişafını təmin etmək, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
7 nömrəli tam orta məktəbdə bu istiqamətdə görülən işlərdən biri də 01.05.2024-cü il tarixində keçirilən “Yeni çağırışlar və müasir texnologiyalar şəraitində gələcəyin müəllimi necə olmalıdır?” adlı seminar oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi