Məktəbdə 1 gün təhlükəsizlik günü elan edildi.
Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.
MÜTDA-nın göndərdiyi məktuba əsasən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə məktəbdə 1 gün təhlükəsizlik günü elan edildi.
Həmin gün təhküsizlik tədbirləri ilə bağlı valideynlərin maarifləndirilməsi, siniflərdə çantalara baxışın keçirilməsi, həftə sonunda müsbət və nümunəvi davranışı ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi həyata keçirildi.
Təhlükəsizliklə bağlı keçirilən 1 günlük monitorinqdə NİŞ üzvləri ilə yanaşı məktəbin valideyn komitələri də iştirak etdi.