Məktəb psixoloqu: reallıqlar və çətinliklər.
Məktəb psixoloqu: reallıqlar və çətinliklər.
Səbail rayonu M.Rahim adına 7 nömrəli məktəbin psixoloqu Nərminə İsmayılzadə “Azərbaycan Müəllimi” qəzetində öz müsahibə ilə çıxış edib.
N. İsmayılzadə müsahibəsində uşaqlarla işləməyi çox sevdiyini, onların saf və təmiz dünyaları ilə daha yaxından tanış olmağın ona xüsusi zövq verdiyini söyləyir: “Bilirsiniz, bütün psixoloji problemlərin təməlində sevgisizlik və laqeydlik durur. Uşaqları qeyri-şərtsiz sevmək lazımdır və onlara bir şəxsiyyət olaraq dəyər verilməlidir. Və biz məktəb mühitində də, ilk növbədə, şagirdlərimizə bu cür yanaşırıq.