Məktəbimizin "Şahinləri"

Aprelin 6-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Səbail rayon orta ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
Tədbirdə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Nümunəvi çıxışlardan sonra komandalar 4 növ üzrə mübarizə aparıblar. Məktəblilər sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, yekun nəticələrə əsasən məktəbin çağırışaqədər hazırlıq rəhbəri Elşad Zərbəliyevin rəhbərlik etdiyi komanda 15 məktəb arasında keçirilən yarışmada üçüncülük əldə edib.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi