Təhsil Tələbə Krediti Fondunun əməkdaşı şagirdlərimizlə görüş keçirib.
Səbail rayonu M.Rahim adına 7 nömrəli məktəbdə Təhsil Tələbə Krediti Fondundan daha çox şəxsin yararlanmasına nail olmaq üçün aparılan təbliğat-təşviqat işləri çərçivəsində bu gün 9, 10 və 11-ci sinif şagirdləri ilə görüş keçirilib, təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.