5 mart - “Bədən tərbiyəsi və idman günü”

Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə 5 Mart - “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə, Yunan Roma güləşi üzrə 7 qat Azərbaycan çempionu, 4 dəfə Avropa çempionatlarının və Dünya çempionatının mükafatçısı, Dünya kubokunun sahibi və Prezident mükafatçısı Taleh Məmmədov,
2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa oyunlarının bürünc mükafatçısı, Cənab Prezident tərəfindən tərəqqi medalına layiq görülmüş idman ustası qılıncoynadanımız Sevinc Bünyatova,
Strict Curl idman növü üzrə Dünya çempionatının qalibi və Dünya rekordçusu, Azərbaycan Strongmen federasiyasında gənclərdən ibarət yığma komandanın baş məşqçisi Kamal Məmmədzadə,
dəfələrlə Azərbaycan Çempionatlarının qalibi, Dünya və Avropa kuboklarının mükafatçısı, 2022-ci ildə keçirilən Azərbaycan kubokunun gümüş mükafatçısı, 2024-cü ilin Avropa çempionu Eyvaz Baxşıyev qonaq qismində iştirak edib.

 

Çempionlarımız idmançı şagirdlərimiz ilə görüşmüş, onların suallarına cavab vermiş və birlikdə xatirə şəkili çəkmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi