“Oxu saatı”
Səbail rayonu 7 nömrəli orta məktəbin şagirdlərinin də iştirak etdiyi, Səssiz Ünsiyyət-Jest dilinin İnkişafına dəstək İctimai Birliyi Və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə nitq və eşitmə imkanları məhdud uşaqlar üçün Bakı Kitab Mərkəzində inkluziv “Oxu saatı” tədbiri keçirilib.
Tədbirdə, Milli Məclisin deputatı Ceyhun Məmmədovun təqdimatında nağıllar, dostluğu və yaxşılığı öyrədən hekayələr səsləndirilib. Nağılları jest dilinə Səssiz Ünsiyyət-Jest dilinin İnkişafına dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə tərcümə edib.