“Ailəm və Məktəbim layihəsi”

15.02.2024-cü il tarixində M.Rahim adına 7 nömrəli  tam orta məktəbdə “Ailəm və Məktəbim layihəsi” çərçivəsində ailə, məktəb və şagird mühitinin yaradılması üçün görüş keçirilib. 

Layihənin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təmin etmək, ailə-məktəb münasibətinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdir. Eyni zamanda şagirdlərə müxtəlif peşə və sənətə marağının yaradılmasını formalaşdırmaq, bilik və bacarıqlarını düzgün istiqamətləndirməkdə yardımçı olmaqdır.

Layihədə iştirak edən oftalmoloq-cərrah  Dr. Anar Abdullayev, uşaqlara göz sağlamlığı ilə bağlı əhəmiyyətli məlumatlar verib, uşaqların müxtəlif göz sağlamlığı məsələləri ilə bağlı suallarını cavablayıb.  
Oftalmoloq marağlı həyat təcrübəsini, sənət seçməyin yolları, təhsil və tərbiyənin önəmi haqqında şagirdlərlə fikir mübadiləsi apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi