14 Fevral - "Kitab bağışlama günü"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə tədbir keçirilib.

Səbail rayonu 7 nömrəli məktəbin 7-b və 8-c sinif şagirdləri bu tədbirə dəvət olunub. Bu əsaslı tədbir çərçivəsində şagirdlərimiz, rektor professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov və ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovanın iştiraki ilə “Kitab bağışlama günü” haqqında fikir mübadiləsi etmiş, bu beynəlxalq təşəbbüsün yaranma tarixi və mahiyyətindən, gənclər və uşaqlar arasında kitaba və mütaliəyə marağın artırılmasında Beynəlxalq Kitab Bağışlama Gününün qeyd olunmasının önəmindən bəhs ediblər.

Daha sonra şagirdlərə kitab və məktəbin kitabxanasına kitab hədiyyələri təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi