7 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib

7 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbir iştirakçılarına Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs edilib.

 

Məktəb şagirdləri tərəfindən Anım Gününə həsr olunmuş müxtəlif kompozisiyalar nümayiş etdirilib.

 

Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!

Sənə can qurban, Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi