7 nömrəli tam orta məktəbdə fəaliyyət planına uyğun olaraq pedaqoji şuranın iclası keçirildi
14.09.2023-cü il tarixində 7 nömrəli tam orta məktəbdə fəaliyyət planına uyğun olaraq pedaqoji şuranın iclası keçirildi.
İclası məktəbin direktoru Könül Təhməzova açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, qarşıda duran hədəflərdən söz açdı, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Təqaüdə göndərilən müəllimlər təşəkkürnamə və gül dəstələri ilə yola salındı və yeni təyinat almış müəllimlər qarşılandı.
Yeni tədris ilində məktəb kollektivinə və şagirdlərimizə uğurlar arzulayırıq!