"Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

"Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

13.06.2023- cü il tarixində 96 nömrəli tam orta məktəbin akt zalında ""Heydər Əliyev ili" nin ən yaxşı dərsi" adlı pedaqoji müsabiqənin mükafatlandırma mərasimi keçirilib. İki aya yaxın bir müddət ərzində davam etmiş müsabiqə nəhayət ki, ötən həftə yekunlaşıb.

BŞTİ-nin müvafiq razılığı və 96 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilən ""Heydər Əliyev ilinin ən yaxşı dərsi" müsabiqəsi 3 mərhələdən ibarət olub.

Müsabiqənin 1-ci mərhələsi qeydiyyat mərhələsi, 2-ci mərhələsi isə video dərslərin qəbulu və yaradılmış "Ən yaxşı dərs" youtube kanalına yüklənməsi mərhələsi olmuşdur. Son mərhələ isə qoyulmuş meyarlar əsasinda təşkilat komitəsinin üzvləri tərəfindən hər bir dərsin ayrı-ayrı qiymətləndirilməsi və onların verdiyi balla sosial şəbəkədə dərslərin topladığı bəyənmə sayına görə müəyyən edilən balların toplanması əsasında müəllimlərin reytinq sıralamasının müəyyən edilməsi olub.

Müsabiqənin yekun nəticəsinə görə məktəbimizin riyaziyyat müəllimi Şəhla Yolçuyeva “Ən yaxşı dərs” müsabiqəsinin qalibi olduğuna görə diplomla təltif olunub.

Təltif mərasimində müsabiqəyə qatılmış 10 məktəbdən ( 7, 21, 55, 56, 57, 72, 74, 90, 96 və 170 nömrəli məktəblər) məktəb rəhbərləri, müsabiqə iştirakçıları BŞTİ-nin əməkdaşı Şahanə Bağırova, müsabiqənin təşkilat komitəsinin üzvləri və iştirakçı məktəblərdən dəvət edilmiş qonaq müəllimlər də iştirak ediblər.

Biz də öz növbəmizdə Şəhla müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi