Kiçik Akademiya” təqdimatları” adlı rayon konfransı keçirilib.

Kiçik Akademiya” təqdimatları” adlı rayon konfransı keçirilib.

23 may 2023-cü il tarixində M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Səbail rayonu üzrə “Kiçik Akademiya” təqdimatları” adlı rayon konfransı keçirildi.

ADPU-in Kimya və biologiya fakultəsinin dekanı dosent Reyhan Ağayeva,Səbail rayon məktəblərinin direktorları,Kiçik Akademiya rəhbərləri, şagird və məsul şəxslərin iştirakı ilə keçirilən “Kiçik Akademiya” təqdimatları” adlı konfransda rayon üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya” daxilində görülən işlərin təqdimat və müzakirəsi təşkil edildi.

Konfransda“Sosial biznes model konvası- Sirli boya” adlı təqdimatla çıxış edən 7 nömrəli tam orta məktəbin VII sinif şagirdləri İbrahimli Əsnat, Məmmədli Kamal rayon üzrə I yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi