İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Dünya bizim evimizdir" adlı bayram tədbiri keçirilib.
Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OSEP) layihəsi çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Dünya bizim evimizdir" adlı bayram tədbiri keçirilib.
Tədbirdə Niderland Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema, Milli Olimpiya Komitəsinin Marketing şöbəsinin direktoru Səkinə Vəliyeva, Milli Olimpiya Komitəsinin əməkdaşı Ruslan Məmmədov, OSEP layihəsi ekspert qrupunun sədri Namiq Cəfərov, Səbail Rayonu İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, Səbail rayonu Gənclər və İdman idarəsinin müdiri Elnarə Əliyeva, 144 nömrəli məktəbin direktoru İlahə Həmidova iştirak edib.
Tədbirdə Bakı Gimnastika Məktəbi və Azərbaycan Velosiped Federasiyası ilə əməkdaşlıq edilib.
Tədbirin bədii hissəsində şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Məktəbin direktoru Könül Təhməzova 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şagirdləri təbrik edib, dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb, gələcək tədris ilində onlara bol-bol uğurlar arzulayıb. Həmçinin direktor paytaxt məktəblərində uğurla həyata keçirilən OCEP layihəsi Azərbaycan və Avropa ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, qardaşlaşmış məktəblər arasında məlumat və təcrübə mübadiləsi aparmaq, həmçinin olimpiya dəyərlərini təbliğ etmək baxımından çox böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb