27-28 may 2023-cü il tarixlərində direktor Könül Təhməzovanın rəhbərliyi ilə məktəbin pedaqoji və tələbə heyəti ADPU-nun Quba filialında tanışlıq görüşündə olublar.

"Azərbaycanda Heydər Əliyev ili" çərçivəsində ADPU-nun baza məktəbi olan Bakı şəhər 7 saylı tam orta məktəbin tədbirlər planına müvafiq olaraq 27-28 may 2023-cü il tarixlərində direktor Könül Təhməzovanın rəhbərliyi ilə məktəbin pedaqoji və tələbə heyəti ADPU-nun Quba filialında tanışlıq görüşündə olublar.

Geniş tərkibli nümayəndə heyətini filialın direktoru dosent Yusif Əliyev qəbul edərək belə görüşlərin həm məktəb, həm də universitet əlaqələri baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.

Sonra filialın inzibati binası, maddi-texniki bazası ilə tanışlıq olub. Filialın Şəhid Nuran Mirzəyev adına ingilis dili auditoriyasında şagirdlərlə tələbələr arasında fikir mübadiləsi aparılıb. Daha sonra Heydər Əliyev Lektoriyasında baş tutan görüşdə şagirdlərə və müəllimlərə ulu öndər Heydər Əliyevin irsi, azərbaycançılıq ideologiyası və qalib Azərbaycanın uğurları haqqında məlumatlar verilmişdir. 7 saylı məktəbin direktoru Könül Təhməzova qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu cür görüşlər yeni bir ənənənin əsasını qoyaraq digər məktəblər və universitetlər üçün bir örnəyə çevrilməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi