7 nömrəli məktəbin şagirdləri “Kimya gecəsi” adlı tədbirdə iştirak ediblər.

7 nömrəli məktəbin şagirdləri “Kimya gecəsi” adlı tədbirdə iştirak ediblər.

Mayın 3-də Azərbaydan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Kimya gecəsi” adlı tədbir keçirilib.

Universitetin böyük akt zalında keçirilən tədbirdə ADPU rəhbərliyi, prorektorıar, fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.

Əvvəlcə, universitetin foyesində kimya gecəsinə həsr olunmuş sərgidə fakültənin müəllim və tələbələri, eləcə də 7 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən qara barıt, fil dişi məcunu, üçrəngli bayraq, süni qan, süni vulkan, yanar su, sehirli buxar kimi reaksiyalar nümayiş etdirilib, virtual reallıq eynəkləri, innovativ tədris-elmi tətbiqləri və s.-lə maraqlı nömrələr nümayiş olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva bu kimi tədbirlərin elmin kütləviləşdirilməsində əhəmiyyətindən danışıb.

M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında xorla başlayan bədii hissədə tələbələrin hazırladıqları səhnəciklər və rəqslər, gənc ifaçıların çıxışları iştirakçılara xoş təsir bağışlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi