7 nömrəli məktəbin şagirdləri ADPU-da “Dərs”i izlədilər

7 nömrəli məktəbin şagirdləri ADPU-da “Dərs”i izlədilər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinin 209 nömrəli və Pedaqoji Universitetin baza məktəbi olan Səbail rayonu, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəblərin şagirdləri üçün universitetin böyük akt zalında “Dərs” filmi nümayiş olunub. Məktəb həyatı, yoldaşlıq, bilik qazanmaq yolunda çalışmaq kimi mövzulara toxunan film şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Filmi izlədikdən sonra şagirdlər universitetdə kiçik ekuskursiya etmiş, universitetin tarixi barəsində məlumat əldə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi