“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.
“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.
Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatı Kamal Cəfərov, “ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, Elm və Təhsil Nazirliyinin, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.
Əvvəlcə finala vəsiqə qazanmış hər biri 2 şagird və 1 tələbədən ibarət 2 komandanın (7 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinlənilib
Qeyd etmək istərdik ki,müdafiə tərəfi olan 7 nömrəli məktəb məhkəməni udaraq qalib gəlmiş ,müsabiqənin nəticələrinə görə II yerə layiq görülmüşdür.
Şagirdimiz Aysun Allahverdiyeva “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin “Ən yaxşı natiq”i seçilərək sertifikatla mükafatlandırılıb.
Şagirdlərimiz Aysun Allahverdiyeva,İmran Mirzəyevə,mentorumuz BDU-nin tələbəsi Səbinə Lətifliyə gələcək həyatlarında uğurlar və hər zaman haqq ədalət carçısı olmağı arzulayırıq.