Şagirdlərimiz Azərbaycanda məktəblilər arasında ilk dəfə keçirilən “Gənc Hüquq Müdafiəçiləri" Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycanda məktəblilər arasında ilk dəfə keçirilən “Gənc Hüquq Müdafiəçiləri" Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə seçilən ilk 8 məktəbdən biri də M.Rahim adına 7 nömrəli tam orta məktəbdir.Şagirdlərimiz Aysun Allahverdiyeva və İmran Mirzəyev müsabiqənin dörddəbir turunda qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin praktik mərhələsi
“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirilib.
“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsinin dörddəbir turu keçirilib. Bu mərhələdə 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə Bakı şəhəri 20 və 83 nömrəli məktəb-liseylər, 287 nömrəli Zəkalar liseyi və 7 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandalar qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.