Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya həyatdır, həyat kimyadır” adlı elmi-praktik tədbir keçirilib

Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə Universitetin Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Rumiyyə Camalovanın rəhbərlik etdiyi “Kimya elmi istedadlı uşaqların gözündə” kimya dərnəyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya həyatdır, həyat kimyadır” adlı elmi-praktik tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev və İnstitutun əməkdaşları, Qeyri-üzvi Kimya və Kataliz İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Faiq Məmmədov, həmçinin ADPU-nun “kimya və biologiya müəllimliyi” və “kimya müəllimliyi” ixtisasının IV tədris ili tələbələri, məktəbin müəllim və şagirdləri iştirak edib.

 

7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzovaya elmlə təhsilin inteqarsiyası, istedadlı şagirdlərin elmə cəlb olunmasına verdiyi töhfələrə görə Aşqarlar Kimyası İnstitutunun təşəkkürnaməsi, akademik Vaqif Fərzəliyevə isə Kimya dərnəyinin üzvlərinin əl işi olan hədiyyə təqdim edilib.

 

                    </div>

                </div>
                <div class=

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi