7 nömrəli tam orta məktəbin şagirdləri günəş/külək enerjisi istehsal edən turbinin təqdimat mərasimində iştirak ediblər.
Aprelin 7-də ADA Universitetində Niderland Krallığının Azərbaycandakı səfirliyi tərəfindən universitetə hədiyyə edilmiş günəş/külək enerjisi istehsal edən turbinin təqdimat mərasimi keçirilib.
Təqdimatda 7 nömrəli tam orta məktəbin şagird və müəllimlərilə bərabər, Universitetin prorektoru Fariz İsmayılzadə, Niderlandın ölkəmizdəki səfiri xanım Pauline Eizema, Niderland universitetlərinin məzunları da iştirak ediblər.
Qeyd edək ki, eko-art dizaynlı, lalə şəklində olan turbin Niderlandın rəmzini təmsil edir və Niderlandın “Flower Turbines” şirkəti tərəfindən hazırlanıb. O, həm külək, həm də günəş enerjisi istehsal etməklə yaşıl enerji yaradır, təbiətdəki quşlar və digər canlılar üçün təhlükəli deyil və çox az səslə işləyir. Turbinlə istehsal edilən təmiz enerji tələbələrin istifadəsi üçün, cihazlarını və velosipedlərini/skuterlərini enerji ilə doldurmaq üçün nəzərdə tutulub.