7 nömrəli tam orta məktəb şagirdlərinin gənc yazıçı Xülya Cəfərova ilə görüşü keçirilib

4 aprel tarixində Respublika Uşaq Kitabxanasında 7 nömrəli tam orta məktəb şagirdlərinin gənc yazıçı Xülya Cəfərova ilə görüşü keçirilib.

 

Cəfərova fantastika janrında olan, Külək romanlar seriyasından olan "Külək-Yel kürəsinin şahzadəsi" adlı ilk romanından bəzi hissələri məktəblilər üçün səsləndirib. Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların macəralarından bəhs edən bu kitabda "Yel Kürəsi" nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsinə fərqli bir prizmadan yanaşılıb.

 

Xülya Cəfərova şagirdlərə "“Külək – Bozqurdun sirri” kitabını hədiyyə edib, xatirə şəkilləri çəkilib.

Tədbirin keçirilməsində əsas məqsəd müəlliflərin yeni nəşr olunmuş kitablarını oxuculara tanıdılmasına şərait yaratmaq, uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdan ibarətdir.

 

                    </div>

                </div>
                <div class=

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi