7 nömrəli tam orta məktəbin şagirdləri "Suyun qorunması və su təchizatının idarə olunması" mövzusunda həyata keçirilmiş elmi-tədqiqat əhəmiyyətli praktik seminarda iştirak ediblər
Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin Ekoklub, kimya üzrə Kiçik Akademiyanın üzvləri və rəhbəri ADPU-nun baş müəllimi Rumiyyə Camalova ADA Universitetində "Suyun qorunması və su təchizatının idarə olunması" mövzusunda həyata keçirilmiş elmi-tədqiqat əhəmiyyətli praktik seminarda iştirak ediblər.
Seminarda Meksikanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, digər rəsmilər, ADA Universitetinin müəllim və professor heyəti iştirak etmişdir.
Şagirdlərimiz Xəzər Universitetinin professoru Dr. Rövşən Məmmədovla görüşüblər. Seminar ingilis dilində keçirilib. Seminarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin " Axır Niyə?" layihəsi müzakirə olundu və ekoloji maarifləndirici tədbirlərin təhsil müəssisələrində keçirilməsinin əhəmiyyəti vurğulanmışdı. Seminarın sonunda əlavə diskussiyalar keçirilmişdi və təkliflər edilmişdir.